Mina Hüseyn Şuşalı əri ilə FOTOSUNU PAYLAŞDI

Müğənni Mina Hüseyn həyat yoldaşı ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında həyat yoldaşını qucaqlayarkən çəkdiyi selfisini izləyiciləri ilə bölüşüb.

Mina paylaşımına ingilis dilində "Mənim pazlım" şərhini yazaraq, ürək və nişan üzüyünün işarəsini qoyub. M.Hüseyn bu dəfə də paylaşımında həyat yoldaşının üzünü gizlədib.

Qeyd edək ki, Mina Hüseyn martın 30-da nikahından foto paylaşaraq, "Nikahımız" qısa şərhi ilə ərə getdiyini təsdiqləyib. Bundan sonra müğənni sosial şəbəkə səhifəsində bütün fotolarını silib.
Bir neçə həftə əvvəl isə müğənni həyat yoldaşının türk vətəndaşı deyil, Şuşalı olduğu bildirib. Mina həmçinin hamiləlik iddialarını da yalanlayıb.

Rəşad Əliyev, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Qaribaşvili: "Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır"

SONRAKI XƏBƏR

Ərdoğan-Paşinyan görüşü ilə bağlı Ermənistandan VACİB AÇIQLAMA