Anasını qətlə yetirən aktyor ömürlük həbs olundu

Anasını qətlə yetirən aktyor ömürlük həbs olundu<span class="qirmizi"></span>

"Riverdale" ekran işinin aktyoru, 24 yaşlı Rayan Qrantem anasını öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə aktyoru anasının qətlində ikinci dərəcəli təqsirli bilib. Həmçinin, o, 14 il müddətində şərti azadlığa buraxıla bilməyəcək.

Hazırda Rayan həbsxanada psixiatrik müalicə alır.

Qeyd edək ki, aktyor anasını pianoda ifa edərkən başından güllələyərək öldürəndə aktyorun 21 yaşı var idi.

Milli.Az

Mənbə: news.milli.az