Gəlin-qaynana savaşı daha da böyüyür

Moda ulduzu Viktoriya Bekhem gəlini Nikola Peltzin onların ədavəti ilə bağlı şayiələr yaymağa davam etməsindən qəzəblənir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Nəşr bildirib ki, Nikola Peltz və qayınanası arasında mübahisə şayiələri Bruklinlə toyundan dərhal sonra internetdə yayılıb. Peltz qaynanasının az qala toyunu pozduğunu dediyi açıq müsahibədən sonra aralarındakı münasibətlər daha da gərginləşib.

Nikola Viktoriyanın gəlinlik paltarını tikəcəyinə söz verdiyini, lakin toya bir neçə gün qalmış dərzilərinin bu işin öhdəsindən gələ bilməyəcəyini deyib. Bu səbəbdən Peltz "Valentino"dan paltar seçib.

Viktoriyanın özü gəlininin açıqlamalarına açıq şəkildə reaksiya verməməsinə baxmayaraq, The Sun mənbələri onun "qəzəbləndiyini və Nikolanın niyə onların düşmənçiliyi ilə bağlı yeni söz-söhbətlər doğurduğunu başa düşmür" deyə bildirib. Qəzet əlavə edib ki, hər şeyə baxmayaraq, Devid və Viktoriya gəlinləri ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda NATO kursu keçiriləcək

SONRAKI XƏBƏR

Daha 6 erməninin meyiti təhvil verildi - RƏSMİ