Məşhur rus bloqer vətəndaşlıqdan imtina etdi

Jurnalist-bloqer Bozena Rynska Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb. O, bəzi çətinliklərlə üzləşdiyini də bildirib.

Bloqerin izah etdiyi kimi, vətəndaşlıqdan imtina etmək üçün o, vergi arayışı təqdim etməli olacaq. Lakin idarədən texniki səbəblərə görə sənədi verə bilmədiklərini bildiriblər.

Bundan əvvəl jurnalist mənzilini satıb. Rynska daşınmaz əmlak üçün təxminən 60 milyon rubl alıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Millətlər Liqası: Gürcüstanla Estoniya millisi qrupun qalibi oldu - VİDEO

SONRAKI XƏBƏR

İbrahim Kalın: "Türkiyə bu müharibədə Ukraynanın yanındadır"