Stallone sərvətinin bir hissəsini itirə bilər

Stallone sərvətinin bir hissəsini itirə bilər<span class="qirmizi"></span>

Aktyor Silvestr Stallone model Cennifer Flavindən boşanması nəticəsində sərvətinin bir hissəsini itirə bilər.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, buna səbəb iki şəxs arasında nikah müqaviləsi bağlanmayıb.

Ər-arvadın barışması ilə bağlı söz-söhbətlərə baxmayaraq, Silvestr Stallone və Cennifer Flavinin boşanma prosesi davam edir. Qeyd olunur ki, aktyor və model məsələnin maliyyə tərəfini təkbətək müzakirə etmək üçün məhkəmə prosesini dayandırmaq qərarına gəliblər.

Qeyd edək ki, bu il avqustun sonunda mediada Cennifer Flavinin 25 illik rəsmi nikahdan sonra Sylvester Stallone ilə boşanmaq üçün ərizə verməsi, aktyoru ailə büdcəsini israf etməkdə ittiham etməsi barədə məlumatlar yayılıb.

Milli.Az

Mənbə: news.milli.az