Şəfiqə Nağıyeva Elgizin verilişindən ayrıldı? - VİDEO

Uzun müddətdir Elgiz Əkbərin verilişində ekspertlik edən vəkil Şəfiqə Nağıyeva Tarix Əliyevin (Tolik) proqramına çıxıb.

Yenilik.az olay.az-a istinadən xəbər verir ki, “Elgizlə izlə”nin dəyişməz siması bu dəfə “Ümid ilə gəl”də yer alıb.

İzləyicilər Nağıyevanın artıq Elgizin formatı dəyişən layihəsində olmayacağını düşünüblər.

Qeyd edək ki, daha əvvəl OLAY-da yayımlanan xəbərə görə, Elgiz yenidən evlilik verilişi aparacaq. O, proqramı yenə Pərvanə Tahirqızı ilə təqdim edəcək.

Yenilik.az

ƏVVƏLKİ XƏBƏR

Cozef Borrel Rusiyanın nüvə təhdidi ilə bağlı Aİ-yə çağırış etdi

SONRAKI XƏBƏR

"Atam dedi ki, mənim o adda qızım yoxdur"