64 yaşlı Alek Bolduin 8-ci dəfə ata oldu - FOTO

64 yaşlı Alek Bolduin 8-ci dəfə ata oldu - FOTO<span class="qirmizi"></span>

 

Amerikalı aktyor Alek Bolduin səkkizinci dəfə ata olub. Doğulan qıza İllaria Katalina İrena adı verilib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Alekin 2012-ci ildən evli olduğu həyat yoldaşı Hilaria artıq ona altı uşaq verib və İllaria onların yeddinci ortaq övladıdır.

"Sizi kiçik xəyalımız İllaria Katalina İrena ilə tanış etməkdən çox həyəcanlıyıq. Bacıları bütün günü onunla birlikdə oynayırlar", - Bolduinin arvadı fotoya şərh yazıb.

Bundan əlavə, Alek körpənin doğulması şərəfinə döymə etdirib. İndi onun əlində qızının ayağının izi olacaq.

Qeyd edək ki, Alekin Kim Beysingerlə ilk evliliyindən bir qızı var. Qız ulduz valideynlərin izi ilə gedib. O, modelliklə məşğul olur və özünü film çəkilişlərinə həsr edir.

Bizim.Media





Mənbə: bizim.media