44 yaşlı müğənninin ikinci övladı olacaq

Məşhur rusiyalı müğənni, "Блестящие" qrupunun eks-solisti Olqa Orlovanın ikinci övladı olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumat ifaçının sosial media hesabında paylaşdığı görüntülərlə ortaya çıxıb. Ötən il gizli şəkildə Valeri adlı biznesmenlə ailə həyatı quran 44 yaşlı ifaçı paylaşımına "Ümid etməyi dayandırma, xəyal qurmağa davam et! Möcüzələr onlara inanarsansa, baş verər!" deyə, yazıb.

Xatırladaq ki, Olqa ötən ilin sonu ikinci dəfə ərə gedib. Onun ailə qurduğu Valeri ilə bağlı mətbuatda demək olar ki, məlumat yoxdur.

Qeyd edək ki, Olqanın Aleksandr Karmanovla evliliyindən 21 yaşında Artemi adlı oğlu var.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstan sərhədçiləri Rusiyadan qaçan şəxsləri saxladı - FOTO

SONRAKI XƏBƏR

Kraliça və ərinin məzar daşı - FOTO