İbrahimoviç Asteriks və Obeliks barəsindəki filmə çəkilib - VİDEO

Zlatan İbrahimoviç “Asteriks və Obeliks: Orta Krallıq” filmində rol alıb.

Milanlı forvard Oneofus adlı romalı legioneri canlandırıb.

Yeni film qalliyalıların sərgüzəştlərindən bəhs edən beşinci ekran əsəridir. Bu dəfəki süjet Asteriks və Obeliksin Çindəki macəralarından bəhs edir.

Filmdə hadisələr Çin imperatoru Xuan-Dinin yeganə qızı ətrafında cərəyan edir. O, dövlət çevrilişindən sonra Qalliyaya qaçır və orada Asterikslə Obeliksdən kömək istəyir.

Qeyd edək ki, vaxtilə Mixael Şumaxer, Ameli Maresmo, Tony Parker və Zinəddin Zidan da daxil olmaqla bir çox idmançı Asteriks və Obeliks haqındakı filmlərdə iştirak edib.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda mənzildə meyit aşkarlanıb

SONRAKI XƏBƏR

İran Azərbaycanı niyə “hədələyir”? - ÜÇ SƏBƏB