Anar Kərimov Meksikaya gedir

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-30-u tarixlərində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində keçiriləcək UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak edəcək.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Mondiacult 2022" UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəfləyir. Sözügedən konfransda 160-a yaxın ölkənin mədəniyyət nazirləri daxil olmaqla, 1500-dən çox qonağın iştirakı nəzərdə tutulur.

Səfər çərçivəsində nazir A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ordusu son 7 ildə 36 mindən çox terrorçunu məhv edib

SONRAKI XƏBƏR

Putin Latviya ilə bu sazişə xitam verdi