Ebru Gündeş özündən 19 yaş kiçik sevgilisinə ərə gedir

Ebru Gündeş özündən 19 yaş kiçik sevgilisinə ərə gedir<span class="qirmizi"></span>

Türkiyəli müğənni Ebru Gündeşlə iraqlı iş adamı Rassan Xoşnav evlənir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iş adamı özündən 19 yaş böyük ifaçıya 1.8 milyon dollarlıq təkdaş üzüklə evlilik təklifi edib.

Təklif üçün Rassan Dubayda dünyanın ilk yeddiulduzlu oteli olan "Burj Al Arab"ın ən üst qatını, kral dairəsini seçib. Ümumilikdə Xoşnav "Khoshnaw" brendindən olan üzük daxil 2 milyon dollar xərcləyib. E.Gündeş isə ona "Hə" cavabı verib.

Qeyd edək ki, Ebru daha əvvəl iş adamı Rza Zərrabla evli olub. Onların bir qız övladı var.

Milli.Az

Mənbə: news.milli.az