Məşhur serialın premyera tarixi açıqlandı

“Netflix” şirkətinin əməkdaşları “Tac” (“The crown”) adlı serialın beşinci mövsümünün premyera tarixini açıqlayıb.

Ednews xəbər verir ki, Britaniya kral ailəsi haqqında çəkilən ekran əsərinin noyabrın 9-da yeni aktyor heyəti ilə növbəti mövsümünün təqdim olunması planlaşdırılır.

Bu dəfə İmelda Stonton Kraliça II Elizabeta rolunda Oliviya Kolmanı əvəz edəcək, Conatan Prays isə kraliçanın həyat yoldaşı şahzadə Filip rolunu oynayacaq. Dominik Uest şahzadə Çarlz, Elizabet Debiki şahzadə Diana, Lesli Menvil isə onun bacısı şahzadə Marqaret obrazını canlandıracaq.

Qeyd edək ki, beşinci mövsümdəki süjet xətti 1990-cı illərdən bəhs edəcək.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstanı 40 min rusiyalı tərk ETDİ

SONRAKI XƏBƏR

Məşhur fubolçu İranda baş verənlərə etiraz etdi