“Oskar 2023”də Rusiya filmi iştirak etməyəcək

Rusiya Milli Kino Sənəti və Elmləri Akademiyasının Rəyasət Heyəti ölkə istehsalı olan heç bir filmi “Oskar” mükafatına təqdim etməyəcək.

Bu barədə bazar ertəsi akademiyanın saytında məlumat verilib.

Bildirilib ki, ötən il Rusiyadan “Oskar” mükafatına namizəd olan film 122 ekran əsərinin arasından seçilsə də, bu il belə seçimlərin keçirilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, Rusiya filmləri “Ən yaxşı xarici film” nominasiyasında üç dəfə qalib olub. Sergey Bondarçukun “Müharibə və Sülh” (1968), Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” (1981) və Nikita Mixalkovun “Günəşdən usanmışlar” (1994) filmləri “Oskar”a layiq görülüb.

Qeyd edək ki, 95-ci Akademiya mükafatları mərasimi 12 Mart 2023-cü ildə keçiriləcək.

Mənbə: TASS

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Demokratlar Baydeni dəstəkləmirlər

SONRAKI XƏBƏR

Millətlər Liqası: "Sumqayıt"ın futbolçusu meydandan qovulub