Ayrıldıqdan sonra oğullarının matçında BİR ARAYA GƏLDİLƏR - FOTO/VİDEO

Ayrıldıqdan sonra oğullarının matçında BİR ARAYA GƏLDİLƏR - FOTO/VİDEO<span class="qirmizi"></span>

 

Futbolçu Jerar Pike və pop səhnəsinin ulduzu Şakira doqquz yaşlı oğulları Milanın beysbol oyununda bir araya gəliblər.

Bizim.Media “TMZ Sport” nəşrinə istinadən xəbər verir ki, keçmiş sevgililər bir neçə metr aralıda olub və bir-birinə tərəf vaxmayıblar.

Oğlunun matçına anası və bir neçə dostu ilə gələn Şakira və Pike (anasının müşayiəti ilə) meydana çıxıblar.

Sabiq cütlük ayrılıq xəbərlərini iyun ayında elan ediblər. Buna səbəb Pikenin davamlı xəyanəti olub. Ailə dağıldıqdan sonra müğənni ABŞ-a aparmaq üçün uşaqların qəyyumluğunu tələb edib.

Pike isə müğənninin qarşısında şərt kəsib. Belə ki, müğənni ona hər il ABŞ-a uçmaq üçün beş dəfə birinci dərəcəli aviareys bileti alacaq, eyni zamanda aliment ödəyəcək.
Münaqişənin digər səbəbi Pikenin şirkətinin əməkdaşı Klara Çia ilə münasibətinin olmasıdır. O, bir neçə dəfə yeni sevgilisi ilə ictimai yerlərdə görünüb. İnsayderlərin sözlərinə görə, Şakiranı ən çox bu, məyus edib.

Sənətçinin özü bu yaxınlarda müsahibəsində ilk dəfə ayrılığa münasibət bildirərək, əsl kabus yaşadığını, ancaq uşaqları naminə özünü saxlamağa çalışdığını bildirib.

Qeyd edək ki, Şakira və Jerard Pike 11 il münasibətdə olublar. Lakin keçmiş cütlük rəsmi nikahda olmayıblar. Onların iki oğlu var: doqquz yaşlı Milan və yeddi yaşlı Saşa.

Rəşad Əliyev, Bizim.Media

 




Mənbə: bizim.media