Mənsum İbrahimovdan şəhid qardaşı oğlu ilə bağlı paylaşım - FOTO

Mənsum İbrahimovdan şəhid qardaşı oğlu ilə bağlı paylaşım - FOTO<span class="qirmizi"></span>

Xalq artisit Mənsum İbrahimov Vətən müharibəsində şəhid olan qardaşı oğlu İsrafillə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında İsrafilin şəklini yayımlayaraq onun timsalında bütün şəhidlərimizə Allahdabn rəhmət diləyib:

"İgid şəhidimiz İbrahimov İsrafil Zülfüqar oğlu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qarabağ Azərbaycandır".

Qeyd edək ki, Xalqı artistinin qardaşı oğlu Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib.

İsrafil Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidimiz Ağdamda torpağa tapşırılıb.

BAKU.WS

Mənbə: baku.ws