Qısqanclıq eşqi bitirdi

Qısqanclıq eşqi bitirdi<span class="qirmizi"></span>

Türk aktyor Rza Kocaoğlu sevgilisi Selin Işıkla ayrılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb Rzanın 2017-ci ildə ayrıldığı keçmiş sevgilisi aktrisa Eylül Su Sapan ilə eyni layihədə rol alması olub.

Selin Kocaoğlunun keçmiş sevgilisi ilə birgə yeni başlayacaq serialda yer almasını istəməyib.

Fikir ayrılığına düşən cütlük yollarını ayırmağa qərar verib. Onlar bir-birini sosial şəbəkədə izləmədən çıxararaq, birlikdə olan fotolarını silib.

Ayrılıqdan sonra isə Rza gecə saatlarında Eylül Su Sapan ilə birgə görüntülənib.

Milli.Az

Mənbə: news.milli.az