Elgizin verilişi ilə bağlı dəyişiklik

Elgizin verilişi ilə bağlı dəyişiklik<span class="qirmizi"></span>

Aparıcılığını Elgiz Əkbərin etdiyi “Elgizlə izlə” proqramı yeni televiziya mövsümündə də efirə gedəcək. Proqramın anonsu isə onunla bağlı bir çox suallar ortaya çıxarıb.
Reklam çarxında Elgizin bəy, digər aparıcı Pərvanə Tahirqızının isə gəlinlikdə olması proqramın formatının dəyişdiyi iddiasını orataya atıb. Sosial şəbəkədə hər kəs sözügedən verilişin sosial xarakterli olmayacağını, yalnız evlilik proqramı olacağı yazılıb.
E.Əkbər açıqlamasında yeni mövsümlə bağlı bunları deyib:
“Hər mövzudan bəhs edəcəyik: şou da, sosial da olacaq. Evlilik məsələsi isə yeni deyil. Bizim proqramda hər zaman evləndirmək olub. Tezliklə tamaşaçılar özləri hər şeyin şahidi olacaqlar. Maraqlı bir mövsüm gəlir”.

Mənbə: aktualxeber.az