"Rəhim ölüb ey, Röya" - FOTO

Aparıcı Sərxan Kərəmoğlu xalq artisti Röya Ayxanın mərhum sənətçi Rəhim Rəhimlinin vəfatıyla bağlı paylaşımına münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, sosial şəbəkədə Röyanın R.Rəhimlinin ölümü haqda ancaq instaqramın hekayə bölməsində paylaşım etməsini doğru hesab etmədiyini yazıb:

"Səni sevdiyimi bilirsən. Rəhimi sən gǝrǝk hekayə bölümündə yox, əsas səhifəndə paylaşardın. Rəhim Rəhimlini biz sizə görə tanıdıq. Sizin aranızda ola bilsin soyuqluq var idi, amma bütün bunlar ona dəlalət etmir ki, ən əziz günləri unudasınız. Nədənsə ümumilikdə anasından və ailəsindən xəbərsizlər tanınmışların səhifələrində yer alır, amma dostlar yox. Niyə? Səhifəni çoxmu gördün dostuna? Bütün Azərbaycana "Röya, səni sevirəm" deyən Rəhim ölüb ey, Röyam. İncimə məndən, səni sevirəm. Sən şəxsiyyət olmasaydın yazmazdım".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Putindən qərar: 120 min insan orduya çağırılır

SONRAKI XƏBƏR

Rəhim Rəhimlinin sənətçi dostları onunla olan xatirələrindən DANIŞDILAR - VİDEO