Azərbaycanlı fanatını səhnəyə çıxardı - VİDEO

Azərbaycanlı fanatını səhnəyə çıxardı -  VİDEO<span class="qirmizi"></span>

Məşhur italyan müğənni LP (Laura Perqolizzi) erməni sosial şəbəkə istifadəçilərinin təzyiqinə baxmayaraq ölkəmizə gəlib.

Bu gecə Bakı Konqres Mərkəzində sənətçinin konserti baş tutub.

O, dünyada populyar olan mahnılarını azərbaycanlı dinləyiciləri üçün səsləndirib. Sənətçi bunun Bakıya ilk gəlişi olduğunu söyləyib. LP bu özəl gecədə onu tək qoymadıqları üçün pərəstişkarlarına təşəkkür edib.

Hətta müğənni məşhur "Lost on you" mahnısını ifa edərkən bir azərbaycanlı fanatını səhnəyə çıxarıb.

Mənbə: news.milli.az