Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

 

Rusiyanın primadonnası Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum olub.

Puqaçova Moskva vilayətinin Qryaz kəndindəki lüks evini satmalı olduğu üçün Rusiyaya qayıdıb.

Bundan başqa o, həm də uşaqlarının sənədlərini məktəbdən götürməli imiş.

Puqaçova evini 1 milyard rubla satmağı planlaşdırır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayanda Alla Puqaçova uşaqları və həyat yoldaşı Maksim Qalkinlə birlikdə İsrailə uçub.

Avqustun sonunda sənətçi Rusiyaya qayıdaraq uşaqları məktəbə göndərib. Bir neçə gün əvvəl isə o, dönüşü olmayan biletlə yenidən İsrailə uçub.

Mənbə: “Mash” “Telegram” kanalı

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rəştdə polis tələbələrə hücum etdi - VİDEO

SONRAKI XƏBƏR

Xankəndidə “Rus icması” layihəsi iflas olur - ermənilər Ukrayna müharibəsinə aparılacaq?