Urqantın şousunun aqibəti bəlli oldu

Urqantın şousunun aqibəti bəlli oldu<span class="qirmizi"></span>

Rusiyanın Birinci Kanalının ən reytinqli verilişlərindən olan "Veçernıy Urqant"la bağlı qərar verilib.

Ednews xəbər verir ki, fevralın 25-dən etibarən şou yayımlanmır. Hələ yazda Kseniya Sobçak öz mənbələrinə istinadən proqramı bağlamaq qərarına gəldiklərini iddia edib. Ancaq sonra Birinci Kanal bu şayiələri təkzib edib və şounun tezliklə televiziya ekranlarına qayıdacağını bildirib.

Ötən gün isə verilişlə bağlı yeni məlumatlar ortaya çıxıb və jurnalist Roman Super şounun yayımının dayandırıldığını teleqram kanalında yazıb:

"Birinci Kanalda yayımlanan veriliş faktiki olaraq fəaliyyətini dayandırıb. Format uyğun deyil. İnandırıcı səslənir".

Mənbə: ednews.net