Kəmalə Qaramollayeva: “Həkimlər dedilər ki, övladın olmayacaq” - VİDEO

Kəmalə Qaramollayeva: “Həkimlər dedilər ki, övladın olmayacaq” - <span class="qirmizi">VİDEO</span>

“Həkimlər mənə dedi ki, sənin övladın olmayacaq. Bu xəbəri elə qarşıladım ki, hər şeyimi verərəm, təki övladım olsun”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva qonaq olduğu “Söz baz” maqazin verilişində deyib.

Sənətçi dünyaya gətirdiyi övladının Allah tərəfindən möcüzə olduğunu bildirib.

“Bütün həkimləri tanıyıram, onlar da məni tanıyır. Həyat yoldaşımla elə qərara gəldik ki, ya uşaq götürək öhdəliyimizə, ya da ki həyatımızı belə də davam edək. Həqiqətən əlimi üzmüşdüm. Çünki artıq etmədiyimiz şey qalmamışdı. Getmədiyimiz klinika, tapmadığımız həkim, keçmədiyimiz prosedurlar da qalmamışdı. Həyatda möcüzə var. Olmayan şeyləri Allah mənim qarşıma çıxartdı. Hər insanın isə Allah bu möcüzənin qarşısına çıxartmaz. Mənim bir övladım var. Dünyada hər şeyimi verərəm ki, onun çiyinlərində qəbrə gedim”.
 

Mənbə: bizim.media