Azərin uzun illərdən sonra BAKIDA - FOTO

 

“Azərin” ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Xalq artisti Anaxanım Tağıyeva uzun illərdən sonra Türkiyəni tərk edərək Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, 51 yaşlı sənətçi paytaxta gələr-gələrməz ailəsi ilə birlikdə İçərişəhəri, Qız Qalasını və ona yaxın ərazidə yerləşən parkda çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Azərin paylaşdığı şəkillərə ürək “smaylik”i qoyaraq, vətəni üçün darıxdığına işarə vurub.

Qeyd edək ki, Azərin illər əvvəl Azərbaycandan Türkiyəyə köçərək orada musiqi fəaliyyətini uğurla davam etdirir.

Sənətçi repertuarında yer alan “Çırpınırdı qara dəniz” və “Sevgili canan” əsərləri ilə qardaş ölkənin mədəniyyət aləmində böyük hörmət və rəğbət qazanıb. Xalq artisti Türkiyənin bir sıra televiziya kanallarında musiqili verilişlərin aparıcısı və müəllifi olub. Qonaqları isə həm azərbaycanlı, həm də türkiyəli müğənnilər olub.

Rəşad Əliyev, Bizim.Media

















Bizim.media

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın rəqibi böyük hesabla uduzub

SONRAKI XƏBƏR

Sevda gələcək övladının cinsiyyətini AÇIQLADI - VİDEO