Sevda gələcək övladının cinsiyyətini AÇIQLADI - VİDEO

Sevda gələcək övladının cinsiyyətini AÇIQLADI - VİDEO<span class="qirmizi"></span>

 

Müğənni Sevda Yahyayeva paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, bir neçə gündən sonra ana olacaq sənətçi həkim-genetik həyat yoldaşı Zakir Bayramovla bir araya gələrək, “Baby” (uşaq - red.) yazılmış plakatın önündə ondan birədək geri sayaraq övladının dünyaya gələcəyini qeyd edib.

Onlar həmin anları sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.

Sevda paylaşımına “Sağ-salamat gəl dünyaya. Sağlam və xeyirli övlad ol, İnşallah. Səni səbrsizliklə gözləyirik” şərhini yazıb.

Digər yayımladığı videoda isə Yahyayeva tortun görüntülərini paylaşıb və gələcək övladının qız olacağını deyib.

Qeyd edək ki, Sevda ilə Zakir ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media