Mədəniyyət naziri: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

Mədəniyyət naziri: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"<span class="qirmizi"></span>

"Mədəniyyət Nazirliyi Qarabağda dağıdılan abidələri daima diqqət mərkəzində saxlayır".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir dağıntıların daima beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlərin aparıldığını bildirib:

"Bu məsələ hər zaman bizim gündəmimizdədir. 30 ill işğalda qalan, vandalizmə məruz qalan abidələrin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra foto-video fiksasiya edilərək, dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb. Davamlı olaraq, beynəlxalq təşkilatlara UNESCO, İSESCO kimi təşkilatlata göndərilir, məlumatlandırılır. Ermənistan bu cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir".

Mənbə: report.az