Xalq artistinin bütün mahnılarını radiolardan sildilər

Xalq artistinin  bütün mahnılarını radiolardan sildilər<span class="qirmizi"></span>

Xalq artisti Alla Puqaçova, Əməkdar artist Valeri Meladze, həmçinin bəstəkar Konstantin Meladzenin yazdığı mahnılar Rusiya radiostansiyalarının pleylistlərindən çıxarılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə solenka.info xəbər yayıb. Bu qərar məşhurların Ukraynadakı xüsusi əməliyyatı tənqid etməsi ilə əlaqədar qəbul edilib.

Qeyd edək ki, ilk çıxış edən Valeri Meladze olub və Rusiya hakimiyyətinin hərəkətlərini pisləyib. Puqaçova mart ayında İsrailə gedib, bundan sonra avqustun sonunda Rusiyaya qayıdıb.

Lakin o, həyat yoldaşı Maksim Qalkini (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) dəstəkləyib və ərindən sonra özünü xarici agent kimi tanımasını istəyərək Rusiyadan gedib.

Konstantin Meladze isə xüsusi əməliyyat başlayandan sonra gözdən itib.

Mənbə: news.milli.az