Boşanmağı 5 dəqiqə çəkdi

Boşanmağı 5 dəqiqə çəkdi<span class="qirmizi"></span>

Türkiyənin məşhur müğənnisi Tuğba Özerk ötən il evləndiyi iş adamı Gökmen Tanaçardan boşanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, dörd il münasibətdə olan cütlük münasibətlərinə birdəfəlik nöqtə qoyub.

Məhkəmə iclası 5 dəqiqə çəkib və Özerk prosesdən sonra KİV qarşısına çıxaraq açıqlama verib.

"4 ilə yaxın olan münasibət bitdi. Bu, üzücü bir şeydir. Təbii ki, heç kim bunu istəməz, edə biləcəyimiz bir şey yoxdur. Qarşılıqlı tələbimiz olmadı, razılığa gəlib ayrıldıq".

Milli.Az

Mənbə: news.milli.az