46 il sonra Şuşada anasının obrazını canlandırdı - VİDEO

46 il öncə Şuşada çəkilən film yenidən canlandırılıb.

Manset.az xəbər verir ki, bu barədə musiqi müəllimi Türkan Vəzirova məlumat yayıb. O, anası Sevinc Əliyevanın 1976-cı ildə Şuşada şəkilən filmini yenidən öz obrazında canlandırıb.

Türkan Vəzirova bu haqda “Qafqazinfo”ya danışıb.

“Həmin filmdə anamın 6 yaşı olub. Əslində o film 1976-cı ildə çəkilib. Ancaq yutub və ququlda 1973-cü il kimi qeyd olunub. Anam o vaxt bulaq başında səhənginə su dolduranda rejissor onu görüb, filmə çəkmək istəyib. Hər gün məşq etdiriblər. Sonra filmə alıblar. Uşaq kinolarına da çəkməyi təklif etsələr də, babam icazə verməyib. Anam pianino müəlliməsidir. Oradakı evimiz darmadağın olduğu üçün anam getmək istəmir. Deyir getsəm evimizi görməsəm, çox pis olacam”.

 

Manset.az

ƏVVƏLKİ XƏBƏR

NATO: "Rusiya nüvə silahından istifadə etsə, cavab tədbiri görəcəyik"

SONRAKI XƏBƏR

2 ay əvvəl 2 şirkət yaratdı, 64 minlik tenderi uddu - Yeni MMC-lər kimindir?