Milyonçu müğənni itini tapana 10 min dollar MÜKAFAT VERƏCƏK

Milyonçu müğənni itini tapana 10 min dollar MÜKAFAT VERƏCƏK<span class="qirmizi"></span>

 

Dünyaca məşhur milyonçu aktrisa və müğənni Peris Hiltonun iti iki həftədir itib. O, “Diamond Baby” adlı itini tapmağa çalışır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, milyonların varisi axtarışa detektiv cəlb etsə də, nəticəni görmədiyindən Kaliforniyanın ən məşhur ekstrasenslərinə müraciət edib.

Yeddi mütəxəssis müğənnini ev heyvanının sağ olduğuna inandırıb.

Hilton sevimli “Çihuahua”sını evə gətirməyə kömək edən hər kəsə 10.000 dollar mükafat təklif edib. Peris iti tapanlara verəcəyi qonorarı yüksəltməyə hazır olduğunu da deyib.

Lakin mühafizə qrupu bunun əleyhinədir:

“Məndən bunu etməməyi xahiş edirlər. Çünki bu, digər itlərimə və özümə təhlükə yarada bilər. Mükafat üçün məni və ev heyvanlarımı oğurlamağa çalışacaq hansısa xəstə əclafın hədəfi ola bilərik”.

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media