Anar Rzayev: "Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir"

Anar Rzayev: "Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir"<span class="qirmizi"></span>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir.

Bunu "Report"a açıqlamasında AYB sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, qurultayın oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır: "Dəqiq tarix hələ məlum deyil. Bu da bizdən asılı deyil. Vəsait köçürülməlidir, qonaqları çağırmalıyıq. Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək".

A.Rzayev qurultayın Şabranda keçirilməməsinə aydınlıq gətirib: "Orada keçirmək mümkün olmadı. Mən özüm gedib baxdım. Hazır deyildi. Qurultayda qonaqlarla birgə 500-dən artıq iştirakçı olacaq. Şabranda da o qədər qonağı qarşılamaq üçün yer yoxdur".

Qeyd edək ki, sentyabrın 22-də AYB-nin katibliyində keçirilən iclasda qurultayın təxirə salınması ilə bağlı qərar qəbul edilib.

Mənbə: report.az