Bu da azərbaycanlı blogerin YENİ SEVGİLİSİ - VİDEO

Bu da azərbaycanlı blogerin YENİ SEVGİLİSİ - VİDEO<span class="qirmizi"></span>

 

Mühacirətlə bağlı yayılan bütün söz-söhbətlərin əksinə olaraq Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənov Moskvada əylənir.

Bizim.Media xəbər verir ki, bloger “Fashion People” makafatlanma gecəsinə “şlyapa”lı model qızla qatılması və gecə bitdikdən sonra bir yerdə məkanı “Gelendvagen”lə tərk etmələri söz-söhbətlərə səbəb olub.

“Super” nəşrinin yaydığı məlumata görə, Həsənovun eşq yaşadığı 24 yaşlı qızın adı Polina Kostyukdur. O, Yekaterinburqdandır. Polina “Miss Russia 2018” müsabiqəsinin finalçılarındandır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıya gələn Hüseyn Həsənov əvvəlcə atası Səttar bəyin səhhəti ilə məşğul olub, daha sonra isə xanım menecerinə “Cartier”dən hədiyyə aldığı və dəyəri 8500 manat olan “Halqavari mismar” qolbağı ilə gündəmə gəlib.

Rəşad Əliyev, Bizim.Media

 

Mənbə: bizim.media