Brilliant qatar biletlərinin qiymətindən narazıdır - VİDEO

Brilliant qatar biletlərinin qiymətindən narazıdır - VİDEO<span class="qirmizi"></span>

Xalq artisti Brilliant Dadaşova qatar biletlərinin bahalığından gileylənib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqram səhifəsində video paylaşıb.

Gəncədən qayıtdığını qeyd edən sənətçi sürət qatarında biznes vaqonunun biletinin baha qiymətə satıldığını deyib:

"Maşallah, qatarımıza baxın. Rahatdır. Elə bilərsiz reklam edirəm. Yox. Pulunu vermişəm. Amma bir az bahadır. Biznes vaqonda adam başı bilet qiyməti 100 yox, 50 manat olsa, yaxşı olardı. Dünyanın ən bərkgedən ölkələrində belə vaqonlar yoxdur. Maşınla gedəndə nigaran oluram, gözüm yolda qalır. Amma bu pula dəyər. Bəlkə də bizi eşidərlər, uculşadırarlar. Biznes 35 manatdır, "First class" 100 manat. Mən burdan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə səslənirəm ki, bu biletləri bir az ucuzlaşdırın. Tez-tez gedib-gələk Gəncəyə".

Milli.Az

 

Mənbə: news.milli.az