Brilliant Dadaşovadan Bakı-Gəncə qatarının qiyməti barədə: "Çox bahadır"

Xalq artisti Brilliant Dadaşova "Bakı-Gəncə-Bakı" qatarlarının qiymətindən narazılıq edib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videosunda biznes klassla getdiyini bildirib. Bu zaman Dadaşova qiymətlərin baha olmasından da şikayətlənib:

"Dünən Gəncəyə qatarla gəldim, bu gün də qatarla qayıdırıq. Dostumuzun oğlunun toyu idi. Maşallah olsun, qatarımıza baxın, rahat-rahat. Elə bilərsiniz, reklam edirəm, pulunu vermişəm. Sadəcə bahadır. Həqiqətən də çox bahadır. Yəni adam başı 100 yox, 50 manat olsa, çox əla olardı".

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

AB Rusiyaya qarşı VIII sanksiya paketini təsdiqlədi

SONRAKI XƏBƏR

Bakı və İrəvana təkliflər verdik: detallar isə... - Zaxarova