Gülşən polis bölməsində GÖRÜNTÜLƏNDİ - VİDEO

Gülşən polis bölməsində GÖRÜNTÜLƏNDİ - VİDEO<span class="qirmizi"></span>

 

Türkiyənin pop ulduzu Gülşən Çolakoğlu səhər saatlarında Levent polis bölməsinə gəlib.

Bizim.Media xəbər verir ki, ev dustaqlığından azad edilən və yalnız ölkədən çıxışına qadağa qoyulan müğənni bu gün səhər saatlarında polis bölməsinə yaxınlaşaraq imza atıb.

Jurnalistlər Gülşəndən müsahibə almaq üçün yaxınlaşsalar da pop ulduz onlarla salamlaşaraq cəld şəkildə avtomobilə əyləşib və bölmənin həyətindən uzaqlaşıb.

Qeyd edək ki, aprel ayında konsertində “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” söylədiyi sözlərə görə G.Çolakoğlu avqustun 25-i axşam saatlarında həbs edilib.

Rəşad Əliyev, Bizim.Media

 

Mənbə: bizim.media