Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı açıqlandı

Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı açıqlandı <span class="qirmizi"></span>

 

Ədəbiyyat üzrə Nobel Mükafatının builki laureatı fransız yazıçısı Anni Erno olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

O, bu mükafata “şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudiyyətlərini ifşa etdiyi cəsarət və klinik həssaslığa görə” layiq görülüb.

Anni Erno 1940-cı il sentyabrın 1-də Lillbonda anadan olub. Onun ilk romanı 1974-cü ildə nəşr olunub. Yazıları əsasən avtobioqrafikdir. Belə ki, o, yeniyetməlik illərindən, evliliyindən, abortdan, döş xərçəngindən yazıb. Erno 20-dən çox kitabın müəllifidir.

Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. Artıq “Fiziologiya və ya tibb”, Fizika və Kimya üzrə Nobel Mükafatı laureatlarının adları açıqlanıb.

Mənbə: www.oxu.az