“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi<span class="qirmizi"></span>

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “İplikçi Nedim” obrazı ilə yadda qalan aktyor İsmail İncekara 72 yaşında dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həmkarı Zafer Algöz sosial media hesabında bildirib.

“Əziz qardaşım İsmail İncekara vəfat etdi. Günə belə xəbərlərlə başlamağımız bizə od vurdu. Başımız sağ olsun”, - o yazıb. 

Qeyd edək ki, İ. İncekara “Dünyayı Kurtaran Adamın Oğlu”, “Dar Alanda Kısa Paslaşmalar”, “Deli Yürek” və “Kurtlar Vadisi” kimi məşhur seriallarda rol alıb.



Mənbə: qafqazinfo.az