Rəhim Rəhimlinin həkimi GERÇƏKLƏRİ ÜZƏ ÇIXARDI - VİDEO

Rəhim Rəhimlinin həkimi GERÇƏKLƏRİ ÜZƏ ÇIXARDI -   <span class="qirmizi">VİDEO</span>

“Rəhim Rəhimli həyatını itirib. Onun üçün burada hər hansı tibbi etikadan söhbət gedə bilməz. Hətta inkişaf etmiş ölkələrdə səhiyyə nümayəndəsi çıxıb ölüm səbəbini izah etməlidir”.

Bu sözləri 43 yaşında ürəktutmasından vəfat edən bəstəkar-müğənni Rəhim Rəhimlinin həkimi, kardioloq Üzeyir Rəhimov bildirib.

Kardioloq mərhum sənətçinin ölüm səbəbindən söz açıb. O bildirib ki, Rəhim ürək çatışmazlığından dünyasını dəyişib.

“Rəhim mənim çox sevdiyim insan olub. O, ağır ürək xəstəsi olub. Onun haqda danışılan iftiraya görə gerçəyi bildirmək lazım idi. Mərhum dəyərli bir insan idi, onun haqda ortalıqda ona yaraşmayan, onun adına ləkə gətirən bu sözlər dolaşmamalı idi.

Ürək xəstəsi olduğuna görə qəflətən elə o diaqnozdan dünyasını dəyişib. Rəhimin də başına gələn bu idi. Başqa səbəbi yox idi. Onun haqda danışılan digər sözlər isə iftira, ləkədir. Rəhim bir dəfə mənim qəbulumda olub. Məndən başqa daha iki tanıdığım məşhur kardioloqun qəbulundə olub. O xəstəxanada iki dəfə müxtəlif aralıqlarında ürək çatışmazlığından müalicə alıb”.
Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.

Rəşad Əliyev

Mənbə: bizim.media