Zaur verilişində müğənniyə qorxulu anlar yaşatdı - VİDEO

Zaur verilişində müğənniyə qorxulu anlar yaşatdı - <span class="qirmizi">VİDEO</span>

Müğənni Mənzurə Musayeva verilişdə qorxu dolu anlar yaşayıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda gözlərinə virtual reallıq eynəkləri taxıb.

Mənzurənin eynək vasitəsi ilə gördüyü kadrlar efirdə monitorda nümayiş olunub. Təsvirlərdə müğənninin liftə girdiyi və orada tarakanların peyda olunması əks olunub.

Həşəratları görən Musayeva qorxudan dərhal əsməyə başlayıb, onun köməyinə isə verilişin aparıcısı Zaur Kamal gəlib. Mənzurəni sakitləşdirməyə çalışsa da, mümkün olmayıb. O, dərhal gözlərinə taxdığı virtual reallıq eynəkləri çıxardaraq studiyanın səhnəsindən yerinə oturmağa tələsib.

Mənbə: news.milli.az