Maksim Qalkin Avropaya köçdü - Ailəsi İsraildə qalıb - VİDEO

Maksim Qalkin Avropaya köçdü - Ailəsi İsraildə qalıb - VİDEO<span class="qirmizi"></span>

 

Rusiya Xalq artisti Alla Puqaçovanın beşinci həyat yoldaşı yumorist Maksim Qalkin iş axtarışında dünyanı gəzir.

Bizim.Media xəbər verir ki, aktyor bir neçə gün əvvəl İspaniyanın Marbella şəhərinə gəldiyi ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama paylaşıb.

Maksim həyat yoldaşı Alla Puqaçova, uşaqları Liza və Harrini İsrailə qayıtdıqdan sonra görmədiyini etiraf edib.

Şoumenin sözlərinə görə, o, ilk dəfə bu kurorta gəlib.

“Budur, mən yeni şəhərə, yeni yerə gəlirəm. İndi olduğum Marbellada heç vaxt olmamışam. Tamamilə heyrətamiz təbiət, sülh”, – deyə Qalkin bildirib.
Xatırladaq ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Maksim Qalkini xarici agentlər siyahısına daxil edib. Bundan sonra isə Alla Puqaçova da əri kimi onu “xarici agent” siyahısına salınmasını istəyib. Ötən həftə isə sənətkar uşaqları Liza və Harri ilə sentyabrın sonunda İsrailə uçub. Ötən gün isə primadonnanın İsrail pasportu aldığı ortalığa çıxıb.

Rəşad Əliyev, Bizim.Media

 

Mənbə: bizim.media