38 yaşlı bəy 75 yaşlı gəlinlə evləndi

38 yaşlı bəy 75 yaşlı gəlinlə evləndi<span class="qirmizi"></span>

"Sevən cütlük" YouTube kanalına rəhbərlik edən bloqqerlər ailə qurublar.

Milli.Az bildirir ki, "Allkpop"un məlumatına görə, bəyin gəlindən 37 yaş kiçik olmasına baxmayaraq, o, toyu həyatının ən gözəl günü hesab edib.

Cənubi Koreyadan olan yeni evlənənlər sentyabrın 27-də Tonxe şəhərində toy ediblər. Qadının 1947-ci il təvəllüdlü olduğu, yəni 75 yaşında, kişinin isə 1984-cü ildə doğulduğu, yəni 38 yaşında olduğu qeyd edilir.

Bloqqerlər oktyabrda toy mərasimi keçirəcəkdilər, lakin bunun üçün vəsaitlərinin olmadığını bildiriblər. "Mərasim keçirmək baha başa gəlir. Mən qocalmışam, ərim isə gəncdir, amma valideynləri yoxdur. Ona görə də hər şeyin əvəzini özümüz ödəməliyik", - deyə qadın izah edib.

Cütlük onlara dəstək olan izləyicilərinə də təşəkkür edib. "Bu, demək olar ki, 40 illik həyatımın ən xoşbəxt və ən mənalı günüdür", - kişi deyib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az