Tualetdə fotolar çəkdirən Damlanı LİNÇ ETDİLƏR: “Deyəsən sən də ağlını itirmisən” - FOTO

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova paylaşımı ilə “ağızlarda saqqız” olub.

Bizim.Media xəbər verir ki, sanitar qovşaqda gecə libasında bir ayağını qaldıraraq unitazın üzərinə qoyaraq fotolar çəkdirməsi sənətçiyə baha başa gəlib.

Sosial şəbəkə hesabında sözügedən fotoları paylaşan Damlanı izləyicilər yazdığı şərhləri ilə linç ediblər.

Onlar “Bir ayaq yolunda foto çəkdirməyin qalmışdı...”, “Ayağını hara qaldırmısan? Deyəsən sən də artıq ağlını itirmisən”, “Bu nə pozadı? Deməli özünüzə yaraşdırırsınız səviyyəsiz şəkillər çəkməyi”, “Niyə bir tanınmış insan, səhnə adamı, xeyrli izləyici kütləsi olan bir qadın sənətçi, ayaq yolunda şəkil çəkdirsin, üstəlik də ayağını qaldırıb unitazın üzərinə qoysun?” kimi rəylərlə müğənnini “ağ yuyub, qara səriblər”.

Damla isə neqativ dolu şərhlərə cavab verməyib.

Rəşad Əliyev, Bizim.Media





Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcək

SONRAKI XƏBƏR

“WhatsApp Web”ə iki yeni funksiya əlavə olundu - FOTO