Əkrəm Əylisli “Poz, qazan”dan danışdı: “İnsanları aldatmaq istəyən saysız-hesabsız dələduz meydana çıxıb”

Əkrəm Əylisli “Poz, qazan”dan danışdı: “İnsanları aldatmaq istəyən saysız-hesabsız dələduz meydana çıxıb”<span class="qirmizi"></span>

“Vallah, ömrümdə bir dəfə lotereya almamışam. İndi insanları aldatmaq istəyən saysız-hesabsız dələduz meydana çıxıb. Kim yerindən tezdən durur, digərini aldatmaq istəyir. Belə bir dövr gəlib. Qoy insanlar bir az ayıq olsunlar. Əlbəttə, aidiyyatı qurumlar da məsələyə qarışmalı, tədbir görməlidir. Amma əsas məsələ budur ki, lotereyaya meyil edən yeniyetmələrin, gənclərin axı evdə öz ata-anaları var. Birinci valideynlər uşağı başa salsınlar ki, “Poz, qazan” kimi lotereyalarda dələduzluq var. Aidiyyatı qurumlar gəlib çatanadək bunlar uşağı artıq beş dəfə aldadarlar...”

Bu sözləri Pravda.az-a tanınmış yazıçı Əkrəm Əylisli “Poz, qazan” lotereyaları ilə bağlı son zamanlar artan şikayətlər barədə danışarkən deyib.

“İndi kim kimə qulaq asır? Kim ziyalı sözünü eşidir? Harda eşidən var? Bu məsələləri qaldırın, çətin ki, ziyalıların səsini, sözünü eşidən olsun. Deputatları eşidən yoxdur, qaldı ki, kənarda olan ziyalıları. Bu sahə ilə əlaqəsi olan aidiyyatı şəxslər məsələyə qarışmalıdır. Məktəblərin əhatəsində “Poz, qazan” kimi lotereyaların satışının qarşısını almaq məqsədilə Elm və Təhsil Nazirliyi hökmən mövqeyini bildirməli, iş görməlidir. Yoxsa inanmıram ki, ziyalılara kimsə qulaq assın...”, - yazıçı bildirib.

 

Mənbə: pravda.az