"Xəzər axşamı"nda GƏRGİNLİK - "Şəbnəm" adı MÜBAHİSƏ YARATDI - VİDEO

Əməkdar artist Şəbnəm Tapdıq "Xəzər axşamı" verilişinə qonaq olub.

BAKU.WS xəbər verir ki, proqram zamanı şəhərdə aparılan sorğunun görüntüləri nümayiş olunub. Paytaxt sakinlərindən "Şəbnəm" adı çəkilində ilk ağlınıza kim gəlir?" sualı ünvanlanıb. Hər kəs bu suala Şəbnəm Tovuzlu deyərək cavab verib.

Videodan sonra Şəbnəm Tapdıq əsəbiləşib. Onunla aparıcı Mətanət Əliverdiyeva arasında gərginlik yaşanıb.

Şəbnəm aparıcıdan bu sorğunun keçirməsində məqsədinin nə olduğunu soruşub. Mətanət isə insanların Şəbnəm Tapdığı tanımamalarının səbəbini sənətçinin TV-lərə çıxmaması və məclislərdə iştirak etməməsi ilə əlaqələndirib.

Ətraflı videoda:

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Bakıda qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizə ilə bağlı tədbir keçirilir

SONRAKI XƏBƏR

Britaniyanın XİN rəhbəri Ukraynaya getdi