Peşakar estetik stomatoloq Şamil Rzayev regionun nüfuzlu layihəsində təltif olundu - FOTO

 

İnsan orqanizmində bir çox funksiyanı üzərinə götürən dişlər - həzm prosesində, sözlərin düzgün tələffüzündə, xarici görünüşün formalaşmasında önəmli faktordur. Dişlərimizin nə qədər əhəmiyyətli olduğunu ancaq onları itirmək təhlükəsi ilə üz-üzə qaldığımızda daha yaxşı dərk edirik. ”Dişin ağrıyır çək qurtar” məsəli artıq tarix oldu desək yanılmarıq. Müasir stomatologiyanın mühüm sahələrini əhatə edən ixtisaslaşdırılmış və yüksək keyfiyyətli stomatoloji yardımlarla bu məsəl öz təsir gücünü itirib. Müasir insan üçün estetik təbəssümün əhəmiyyəti böyükdür. Şamil Rzayev bu sahədə işinin peşəkarı olan estetik stomatoloqdur.

Şamil Rzayev 1988-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Həkimliyə sevgi onun uşaqlıqdan bu peşə sahiblərinin ətrafında böyüməsi ilə bağlıdır. Hazırda Milli Reabilitasiya İnstitutunun Stomatologiya şöbəsinin müdiri vəzifəsində çalışan peşəkar estetik-stomatoloq eyni zamnada "A-qrup" sığorta şirkətinin stomatologiya şöbəsinin baş ekspertdir.

Öz peşəsinə sevgi ilə yanaşan və bu sahədəki yenilikləri öz fəaliyyətində tətbiq edən həkim belə hesab edir:

“Orqanizmdə bir necə funksiyanın daşıyıcısı kimi sağlam dişlər sağlam həyat, sağlam düşüncə anlamına gəlir”.

Səhiyyə sahəsi üzrə 20-ə yaxın məqalənin müəllifi olan estetik stomatoloq Şamil Rzayev 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Successful Dentist” nominasiyasına layiq görülüb.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Laçın - Tarixi Qələbənin yekunu ŞƏRH

SONRAKI XƏBƏR

Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi