Riçard Gir "Gözəlçə" filmində çəkilməyə bu 3 sözdən sonra razılaşdı - Culiya Roberts ona nə dedi? - VİDEO

Riçard Gir "Gözəlçə" filmində çəkilməyə bu 3 sözdən sonra razılaşdı - Culiya Roberts ona nə dedi? - VİDEO<span class="qirmizi"></span>

32 il öncə ekranlara çıxdıqdan sonra hər kəs tərəfindən sevilən "Gözəlçə" filminin aktyor tərkibi fərli ola bilərdi.

BiG.AZ xəbər verir ki, baş rol ifaçısı, məşhur Hollivud aktyoru Riçard Gir filmdə çəkilməkdən ik öncə imtina edib.

Rejissor Harri Marşal Riçarda ssenarini göndərikdə aktyor onu bəyənməyib. O, Edvard Lüis personajının boş və maraqsız olduğunu hesab edib. Rejissor böyük məbləğdə pul vəd etsə də, süjeti dəyişməyi təklif etsə də, Giri razı sala bilməyib.

Bu zaman Harri aktyorun yanına cazibədar aktrisa Culiya Robertsi göndərib və ümid edib ki, məhz o, Riçardın ürəyini yumşalda biləcək.

Aktyorlar bütün gecə söhbət etdikdən sonra Gir əvvəlki fikrində tərəddüd etməyə başlayıb. Həmin zaman Harri Riçarda zəng edib. Onun qarşısında oturan Culiya masanın üzərindəki kağıza cəmi üç söz yazaraq, Girə tərəf çevirib.

"Lütfən "hə" de" ("Please, say YES") yazısını görən aktyor elə həmin an rejissora "hə" cavabını verib.

Bu, Riçard Girin ən doğru qərarlarından olub, çünki film tez bir zamanda hitə çevrilərək külli miqdarda (463,4 milyon dollar məbləğində) gəlir gətirib və "Oskar"dan tutmuş "Qızıl qlobus"adək müxtəlif mükafatlara layiq görülüb.

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az