Boşanma səbəbləri məlum oldu

Boşanma səbəbləri məlum oldu<span class="qirmizi"></span>

Türkiyəli aktrisa-müğənni Merve Boluğur və aranjimançı Merd Aydının boşanma səbəbi məlum olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 45 gün evli qalan cütlüyün boşanmasına səbəb Merve Boluğurun davranışları olub.

Belə ki, hələ evliliyin ilk günündən aktrisa həyat yoldaşına ona heç kimin şərt qoya bilməyəcəyini deyib və bu, cütlük arasında mübahisəyə səbəb olub.

Aralarında baş verən xarakter uyğunsuzluğunu həll edə bilməyən cütlük evliliklərini sonlandırmaq qərarı alıblar.

Qeyd edək ki, Merve Boluğur bundan öncə müğənni Murat Dalkılıç ilə evli olub.

Mənbə: olke.az