Daha bir erməni nağılı: "Güllə kitaba dəyib məndən yan keçdi"

Ermənistanda maraqlı və gülməli hadisə baş verib. AzVision.az xəbər verir ki, "Əsgər evi" reabilitasiya mərkəzində ziyarət otağının açılışı zamanı müharibə ilə bağlı uydurulmuş ənənəvi erməni nağılı danışlıb. "Mamul" xəbər saytı yazır ki, ziyarət otağına guya hər iki Qarabağ müharibəsində insanların həyatını xilas etmiş bir dua kitabı hədiyyə edilib.

"Dua kitabı Gümrüdən olan və 44 günlük müharibənin iştirakçısı Aram Terzyan tərəfindən “Əsgər evi”nə hədiyyə edilib. O, dua kitabının 1994-cü ildə Qarabağ müharibəsi zamanı atasında olduğunu və kitab bir çox hallarda onun həyatını xilas etdiyini söyləyib. Terzyan qeyd edib ki, "illər sonra, 44 günlük müharibə zamanı mən də onu özümlə səngərə aparmaq qərarına gəldim.

 Oktyabrın 10-da Hadrutda döyüşlər zamanı o mənim də həyatımı xilas etdi. İbadət kitabına dəyən güllə istiqamətini dəyişdi... Möcüzəvi şəkildə xilas oldum. Mən və ailəm bu kitabı evimizin dua edilən küncündən “Əsgər evi”nə daşımaq qərarına gəldik. Çünki hər ikisi evimizdir. İstəyirəm ki, o, burada müalicə olunan bütün oğlanlarımıza öz qüdrəti ilə kömək olsun və hamı möcüzələrin həqiqətən mövcud olduğunu görüb inansın”, - nəşr uydurma erməni rəvayətini dərc edib.

Aram Terzyan həmçinin onu da vurğulayıb ki, yaralansa da və bu gün kitabla yanaşı reabilitasiya prosedurları sayəsində tam sağalıb.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ İran bayrağını dəyişdirdi - Dünya Çempionatına qadağa çağırışı (FOTO)

SONRAKI XƏBƏR

Damian Krneviç: “Bakı limanının inkişafı Azərbaycana, Avropa və Asiya ölkələrinə faydalı olacaq”