Bülənt Ərsoyla bağlı növbəti iddia

Bülənt Ərsoyla bağlı növbəti iddia<span class="qirmizi"></span>

Ötən gün Maslakda səhnə alan türkiyəli müğənni Bülənt Ərsoyun geyimi ilə bağlı iddialar ortaya atılıb.

Axşam.az xəbər verir ki, ifaçının səhnədə geyindiyi libasın 24 saat içində 5 kişidən ibarət komanda tərəfindən hazırlandığı bildirilib. Nəticədə dərzilərdən birinin yorğunluqdan halı pisləşib və o, xəstəxanaya yerləşdirilməli olub.

Ərsoyun bu səbəbdən işçilərə 2 min dollar bəxşiş də verdiyi deyilib.

Qeyd edək ki, ifaçı bundan əvvəl mavi libası ilə səhnədə çətin anlar yaşamışdı.

 

 

Mənbə: big.az