Çingiz Mustafayev tənhalıqdan bezib

Çingiz Mustafayev tənhalıqdan bezib<span class="qirmizi"></span>

Tənhalığı pianonun qara dillərinə bənzədirəm. Əgər gözəl melodiya ifa etmək istəyirsənsə, mütləq qara dillərə toxunmalısan.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev "İnstaqram"da yazıb. Sosial şəbəkədə "Tənhə gəzən" mahnısını paylaşan ifaçı hesab edir ki, özünü tapmaq üçün bəzən tənha qalmalısan.

"Hərdən özünə yaxın olmaq üçün, özünü tanımaq üçün tənha qalmaq lazımdır. Amma balans bu həyatda çox önəmlidir. Hər birinizi sevirəm. Tənha qalmayın, balansda qalın", - deyə Çingiz Mustafayev qeyd edib.

Məlumat üçün bildirək ki, dekabrın 16-da "Elektra Events Hall"da müğənninin solo konserti olacaq.

 

 

Mənbə: publika.az