Aybəniz Haşımovadan səhhəti ilə bağlı AÇIQLAMA

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, müğənni paylaşımında çox halsız olduğunu və ayaqlarında şişkinlik yarandığını bildirib.

Səhhəti ilə bağlı Aybəniz xanımla əlaqə saxladıq. Onun sözlərinə görə, vəziyyəti çox yaxşıdır və heç bir xəstəliyi yoxdur:

"Çox yaxşıyam. Ayaqlarım çoxdandır şişdir, nə var ki burada? O deməkdir ki, xəstəyəm? (gülür). Heç bir problemim yoxdur. Siz məni nə qədər sevəcəksinizsə, o qədər sağlam olacağam. Sadəcə, həddən artıq çox işlədiyimə görə yoruluram. Heç bir xəstəliyim yoxdur. Narahat olmayın".

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Bu, Türkiyənin qaz asılılığını 30 faiz azaldacaq - Dönməz

SONRAKI XƏBƏR

150 KM MƏNZİLİ OLAN YENİ SİLAH – ABŞ bu raketi Ukraynaya nə vaxt verəcək?